...

Memarlıq abidələrində reklam daşıyıcıları yalnız bu halda yerləşdirilə bilər

Biznes və iqtisadiyyat xəbərləri Materials 15 Fevral 2017 18:22 (UTC +04:00)
Prezident İlham Əliyev “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” 2016-cı il 30 dekabr tarixli qanunun tətbiqi haqqında sərəncam imzalayıb.
Memarlıq abidələrində reklam daşıyıcıları yalnız bu halda yerləşdirilə bilər

Bakı. Trend:

Prezident İlham Əliyev “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” 2016-cı il 30 dekabr tarixli qanunun tətbiqi haqqında sərəncam imzalayıb.

Trend-in məlumatına görə, dəyişikliyə əsasən qanunun 1-ci maddəsinə aşağıdakı məzmunda yeddinci hissə əlavə edilir:

“Tarix və mədəniyyət abidələrinin ərazilərində və onların mühafizə zonasında, memarlıq abidələrinin (binalarının) dam hissəsində reklam daşıyıcıları “Reklam haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, müvafiq icra hakimiyyəti orqanının razılığı ilə yalnız reklam-informasiya təşkilatlarının nəzdindəki bədii şuraların rəyi əsasında və həmin binaların dayanıqlığına mənfi təsir göstərməmək şərti ilə yerləşdirilə bilər.”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti