...

İtaliyada TAP-ın çəkilişinə başlanılır (FOTO) (YENİLƏNİB)

Biznes və iqtisadiyyat xəbərləri Materials 23 Fevral 2017 09:51 (UTC +04:00)
"Biz TAP üzrə işləri davam etdiririk. Bu, İtaliya üçün prioritet və iri enerji layihəsidir".
İtaliyada TAP-ın çəkilişinə başlanılır (FOTO) (YENİLƏNİB)

Bakı. Azad Həsənli - Trend:

Fevralın 27-də İtaliyada Transadriatik qaz boru kəmərinin (TAP) çəkilişi üçün zeytun ağaclarının köçürülməsi işlərinə başlanacaq.

Trend-in məlumatına görə, bunu jurnalistlərə Azərbaycan-İtaliya biznes-forumunda iştirak etmək üçün Bakıya gəlmiş İtaliyanın iqtisadiyyat naziri Karlo Kalenda deyib.

O qeyd edib ki, bütün bu ağaclar köçürülmə üçün hazır vəziyyətə gətirilib.

TAP-ın tikintisi üçün zəruri lisenziyaların verilməsi üzrə danışıqlara gəlincə, nazir bildirib ki, müzakirələr hələ davam edir:

"Biz TAP üzrə işləri davam etdiririk. Bu, İtaliya üçün prioritet və iri enerji layihəsidir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti