...

Türkiyəli nazir: Azərbaycanla ticarət həcmi potensiala cavab vermir (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 23 Fevral 2017 13:49 (UTC +04:00)
Türkiyə və Azərbaycan arasında kənd təsərrüfatı məhsulları üzrə ticarətin həcmi potensiala cavab vermir.
Türkiyəli nazir: Azərbaycanla ticarət həcmi potensiala cavab vermir (FOTO)

Bakı. Orxan Quluzadə - Trend:

Türkiyə və Azərbaycan arasında kənd təsərrüfatı məhsulları üzrə ticarətin həcmi potensiala cavab vermir.

Trend-in məlumatına görə, bunu jurnalistlərə Azərbaycan-Türkiyə biznes-forumunda iştirak etmək üçün Bakıya gəlmiş Türkiyənin qida, kənd təsərrüfatı və heyvandarlıq naziri Faruk Çelik deyib.

O qeyd edib ki, Türkiyə və Azərbaycan arasında mövcud 120 milyon dollar həcmində kənd təsərrüfatı məhsullarının ticarət həcmi potensiala cavab vermir: "Biz bu səviyyəni artırmalı və ixrac məhsullarının çeşidini genişləndirməliyik".

Nazir bildirib ki, iki ölkə arasında bir çox sahələrdə əlaqələri inkişaf etdirmək mümkündür: "Bu gün keçirilən biznes-forum iki ölkənin iş adamları arasında sıx əlaqə yaradacaq".

F.Çelik Azərbaycanın kənd təsərrüfatı nazirini fəxri qonaq qismində Türkiyədə keçiriləcək Afrika ölkələrinin kənd təsərrüfatı nazirlərinin toplantısına dəvət edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti