...

İranın avtomobil istehsalçısı Azərbaycanda dörd zavod açmağı planlaşdırır

Biznes və iqtisadiyyat xəbərləri Materials 23 Fevral 2017 16:51 (UTC +04:00)
İranın “Iran Khodro” şirkəti Azərbaycanda avtomobil istehsalı üzrə dörd zavod açmağı planlaşdırır
İranın avtomobil istehsalçısı Azərbaycanda dörd zavod açmağı planlaşdırır

Bakı. Azad Həsənli - Trend:

İranın “Iran Khodro” şirkəti Azərbaycanda avtomobil istehsalı üzrə dörd zavod açmağı planlaşdırır.

Trend bildirir ki, bunu Urmiyada keçirilən Azərbaycan-İran biznes-forumunda Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev deyib.

Nazir vurğulayıb ki, Azərbaycan İranla əməkdaşlığı genişləndirmək niyyətindədir. O bildirib ki, bu gün Azərbaycanda İran kapitalı ilə 538 şirkət fəaliyyət göstərir və onlar ölkəyə 150 milyon dollara yaxın sərmayə yerləşdirib.

Bundan başqa nazir qeyd edib ki, Bakı ilə Tehran, Təbriz və Məşhəd şəhərləri arasında aviareyslərin artırılması planlaşdırılır.

Qeyd edək ki, ötən il “İran Khodro” şirkəti ilə Azərbaycanın “Azeurocar” şirkəti Neftçala sənaye zonasında birgə avtomobil zavodunun yaradılması barədə saziş imzalamışdı. Layihənin dəyəri 15 milyon dollar həcmində qiymətləndirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti