...

Cibuti Azərbaycanla yükdaşıma üzrə saziş imzalamaq istəyir

Biznes və iqtisadiyyat xəbərləri Materials 24 Fevral 2017 13:55 (UTC +04:00)
Cibuti Azərbaycanla yükdaşımalaer haqqında saziş imzalamağı planlaşdırır.
Cibuti Azərbaycanla yükdaşıma üzrə saziş imzalamaq istəyir

Bakı. Səba Ağayeva - Trend:

Cibuti Azərbaycanla yükdaşımalar haqqında saziş imzalamağı planlaşdırır.

Trend-in məlumatına görə, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Bakıda Cibutinin xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Mahmud Əli Yusufla birgə təşkil etdiyi brifinqdə deyib.

Nazir qeyd edib ki, Cibutidə azad iqtisadi zonalar çərçivəsində əməkdaşlıq üzrə planlar var:

"İki ölkə humanitar sahədə əməkdaşlığı inkişaf etdirmək niyyətindədir, həmçinin Cibuti gənclərinin Azərbaycan ali təhsil müəssisələrində təhsili məsələsi müzakirə olunur".

E.Məmmədyarov bildirib ki, bu gün iki ölkələrin Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələr sahəsində Anlaşma Memorandumu imzalanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti