...

Yusif Səfərov küçəsinin təmirə bağlanan hissəsi açılır - SABAH

Biznes və iqtisadiyyat xəbərləri Materials 24 Fevral 2017 16:45 (UTC +04:00)
Xocalı soyqırımının ildönümündə keçiriləcək tədbirlərlə bağlı paytaxtın Yusif Səfərov küçəsindəki təmir işləri sürətləndirilib.
Yusif Səfərov küçəsinin təmirə bağlanan hissəsi açılır - SABAH

Bakı. Samir Əli - Trend:

Xocalı soyqırımının ildönümündə keçiriləcək tədbirlərlə bağlı paytaxtın Yusif Səfərov küçəsindəki təmir işləri sürətləndirilib.

Bu barədə Trend-in sorğusuna cavab olaraq "Azəravtoyol" Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli məlumat verib.

Qurum sözçüsü bildirib ki, həmin ərazidə yolda artıq söküntü və tikinti işləri yekunlaşıb:

"Xocalı soyqırımının 25-ci ildönümündə keçiriləcək tədbirlərlə əlaqədar olaraq həmin ərazidə işlər tamamlanır. Yolda təmirə bağlanan hissə fevralın 25-də tam olaraq açılacaq və əhalinin abidəni ziyarət etməsinə şərait yaradılacaq".

A.Nəcəfli bildirib ki, yolda asfaltlanma işləri aparılsa da, hələ tam yekunlaşmayıb: "Sonuncu asfalt qatı hələ vurulmayıb. Gələn həftədən etibarən işlər davam etdiriləcək".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti