...

"PAŞA Bank" Amerika-Azərbaycan ticarət palatasının illik yığıncağında iştirak edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 2 Mart 2017 17:51 (UTC +04:00)
"PAŞA Bank" Amerika-Azərbaycan ticarət palatasının illik yığıncağında iştirak edib
"PAŞA Bank" Amerika-Azərbaycan ticarət palatasının illik yığıncağında iştirak edib

Bakı. Trend:

Azərbaycanın aparıcı korporativ bankı – PAŞA Bank – Amerika-Azərbaycan ticarət palatasının Vaşinqtonda keçirilən illik yığıncağında iştirak edib.

Bankdan Trend-ə verilən məlumata görə, bu il tədbirin iştirakçısı 30 müxtəlif təşkilatdan, o cümlədən diplomatik missiyalardan, biznes-assosiasiyalardan, iri banklardan, investisiya birliklərindən və digər işgüzar dairələrdən 250-dən artıq nümayəndə iştirak edib.

Konfrans zamanı hər iki ölkənin mütəxəssisləri enerji daşıyıcılarının qiymətinin aşağı düşməsi fonunda dünya iqtisadiyyatında baş verən dəyişiklikləri, həmin proseslərin Azərbaycan və ABŞ-ın iqtisadiyyatına təsiri və ölkələr arasında ticarət münasibətlərinin gələcək inkişafı perspektivlərini müzakirə edib. Tədbirin mövzusuna habelə ölkəmizdə aparılan iqtisadi islahatlara və biznesin aparılması üçün yeni imkanlara, qeyri-neft sektorunun inkişafı və xarici investisiyaların cəlb edilməsi, dövlət-özəl tərəfdaşlığının gələcək inkişafına aid və s. məsələlər daxil edilib.

“Banklar və maliyyə” adlı xüsusi sessiyada spiker qismində çıxış edən PAŞA Bankın İdarə Heyətinin sədri Taleh Kazımovun qeyd etdiyi kimi, enerji daşıyıcılarının qiymətinin aşağı düşməsi iqtisadiyyatın şaxələndirilməsini daha da aktual etdi ki, biz bank olaraq fəaliyyətimizin ilk günündən buna hazır idik.
PAŞA Bankın sədri öz çıxışını bu sözlərlə yekunlaşdırıb: “Əlbəttə, dünya energetika bazarındakı sarsıntılardan irəli gələn böhran ölkələr üçün hiss olunacaq iqtisadi çətinlikləri törədir, lakin eyni zamanda inkişaf üçün də yeni imkanlar açır. Belə ki, Azərbaycanda iqtisadiyyatın qeyri-neft sektorunun, xüsusilə də kənd təsərrüfatının, nəqliyyat və logistikanın, İKT-nin, turizm sənayesinin əsas istiqamətlərinin inkişafına aid struktur islahatlar tam gücü ilə həyata keçirilir. Qeyd olunan sektorlar üzrə işlənib hazırlanmış yol xəritələri ölkədə ixrac yönümlü istehsalatın inkişafı və xarici investisiyaların, o cümlədən ABŞ-dan investisiyaların cəlb edilməsi üçün böyük imkanlar yaradır. Yuxarıda deyilənləri nəzərə alaraq, Azərbaycan biznesi və onu dəstəkləyən bank sektoru Amerikalı partnyorları ilə konstruktiv dialoqa, təcrübə və informasiya mübadiləsinə, həmçinin yeni qarşılıqlı faydalı işgüzar münasibətlərin qurulmasına açıqdır”.

Qeyd edək ki, Amerika-Azərbaycan ticarət palatasının iki günlük konfransı öz işini bu gün, mart ayının 2-də başa vurur.

PAŞA Bank
Əmir Məmmədov
Korporativ Kommunikasiyalar Departamenti
Telefon: 012 496 5000
Elektron poçt ünvanı: [email protected]

PAŞA Bank – Azərbaycanın aparıcı korporativ bankıdır. 2007-ci ildə təsis olunmuş Bank, geniş spektrli korporativ bank xidmətlərini göstərir, eləcə də kreditlərin verilməsi, qiymətli kağızlar bazarında əməliyyatlar, aktivlərin idarə olunması və xəzinədarlıq xidmətləri. Baş ofis və 6 Biznes-mərkəzləri ilə təmsil olunan PAŞA Bankda 450 çox əməkdaş çalışır. “Europe Banking Awards” 2011, 2012, 2013 çərçivəsində Bank “Azərbaycanın ən yaxşı İnvestisiya Bankı” elan olunmuşdur, 2013-2014-cü illərdə isə "World Finance" tərəfindən "Best Private Bank in Azerbaijan" adına layiq görülüb.

PAŞA Bank Azərbaycanın iri investisiya Holdinqi olan və sığorta, inşaat, inşaat materiallarının istehsalı, turizm və eləcə də biznesin digər sahələrində geniş təmsil olunan PAŞA Şirkətlər Qrupunun bir hissəsidir.

www.pashabank.az

Məqalədə:
Xəbər lenti

Xəbər lenti