...

“AtaBank”dan "Avroviziya 2017" mahnı müsabiqəsinə bilet qazanmaq şansı

Biznes və iqtisadiyyat xəbərləri Materials 7 Mart 2017 17:38 (UTC +04:00)
“AtaBank”ın Visa plastik kart sahibləri mart ayının 6-dan etibarən "Avroviziya 2017"-nin yarımfinal mərhələsinə VIP biletlər qazanmaq şansı əldə etmiş olurlar.
“AtaBank”dan "Avroviziya 2017" mahnı müsabiqəsinə bilet qazanmaq şansı

Bakı. Trend:

“AtaBank”ın Visa plastik kart sahibləri mart ayının 6-dan etibarən "Avroviziya 2017"-nin yarımfinal mərhələsinə VIP biletlər qazanmaq şansı əldə etmiş olurlar.

06.03.2017 - 20.04.2017 tarixlərində “AtaBank”-ın istənilən Visa plastik kartı ilə nağdsız ödəniş aparan hər kəs “Biz eyni dalğadayıq” şüarı altında stimullaşdırcı lotereyada iştirak etmək hüququ qazanır.

Lotereyada 18 yaşına çatmış Azərbaycan vətəndaşları və Azərbaycanda daimi yaşayan şəxslər iştirak edə bilər.

Aksiyaya qoşulmaq üçün ilk olaraq “AtaBank”ın Visa kartları ilə Azərbaycan ərazisində və ya ondan kənarda yerləşən istənilən alış-veriş və xidmət məntəqəsi, eləcə də İnternet üzərindən alınan məhsul və ya xidmətlər üzrə nağdsız əməliyyat aparmaq lazımdır. Həyata keçirilən hər əməliyyatı www.visa.com.az saytında qeydiyyatdan keçirmək vacibdir.

Tranzaksiya qeydiyyatlarının sayı məhdudiyyətsizdir.

Daha çox nağdsız ödəniş, daha çox qazanmaq şansı verir. Kart-çeki və yaxud əməliyyatı təsdiqləyən digər qəbzi kampaniyanın sonunadək saxlamaq vacibdir. Lotereyanın qalibləri KİV vasitəsilə elan olunacaq.

“AtaBank” ASC bütün iştirakçılara uğurlar arzu edir!

Məqalədə:
Xəbər lenti

Xəbər lenti