...

Sığorta fəaliyyəti üzrə lisenziyanın alınması üçün keçiriləcək attestasiyanın tarixi müəyyənləşib

Biznes və iqtisadiyyat xəbərləri Materials 9 Mart 2017 16:37 (UTC +04:00)
Maliyyə Bazarlarına Nəzarət Palatasında attestasiya keçiriləcək.
Sığorta fəaliyyəti üzrə lisenziyanın alınması üçün keçiriləcək attestasiyanın tarixi müəyyənləşib

Bakı. Trend:

Martın 13-dən aprelin 19-dək sığorta vasitəçiliyi üzrə fəaliyyətə lisenziyanın alınması üçün Maliyyə Bazarlarına Nəzarət Palatasında attestasiya keçiriləcək.

Palatadan Trend-ə verilən məlumata görə, “Sığortaçıların rəhbər işçisi vəzifələrinə namizədlər və müvafiq sığorta vasitəçiliyi üzrə fəaliyyətə lisenziya, həmçinin aktuari fəaliyyətinə aktuari şəhadətnaməsi almaq istəyən fiziki şəxslər üçün attestasiyanın təşkili və keçirilməsi” Qaydalarının 4.1-ci bəndi ilə tanzimlənən attestasiyada 173 nəfər iştirak edəcək.

Namizədlər attestasiyanın tarixi və vaxtı barədə məlumatı aşağıdakı siyahıdan əldə edə bilərlər.
Attestasiyada iştirak etmək üçün şəxsiyyət vəsiqəsinin təqdim edilməsi tələb olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti