...

"Amrahbank" “Novruz Xonçası “ tədbirində

Biznes və iqtisadiyyat xəbərləri Materials 15 Mart 2017 15:26 (UTC +04:00)
"Amrahbank" kollektivi “Park Bulvar” ticarət mərkəzində Mərkəzi Bankın təşəbbüsü ilə keçirilən “Novruz Xonçası” tədbiriində aktiv iştirak edib.
"Amrahbank" “Novruz Xonçası “ tədbirində

Bakı. Trend:

"Amrahbank" kollektivi “Park Bulvar” ticarət mərkəzində Mərkəzi Bankın təşəbbüsü ilə keçirilən “Novruz Xonçası” tədbiriində aktiv iştirak edib.

Digər bank-maliyyə qurumlarının da iştirakı ilə həyata keçirilən tədbir xüsusilə İlaxır Çərşənbə gününə həsr olunub. Amrahbank işçilərinin geyindiyi milli kostyumlar, kollektivin hazırladığı Novruz kompazisiyası əhali tərəfindən, o cümlədən ticarət mərkəzini ziyarət edən xarici turistlər tərəfindən büyuk rəğbətlə qarşılanıb. Gün ərzində əhaliyə bayram hədiyyələri verilib, ödəniş kartları, nağdsız ödənişlərin üstünlükləri, əmanətlər və digər Bank məhsulları haqında, turistlərə isə Bank məhsullarından əlavə xalqımızın Novruz Bayramı, onun ənənələri haqqında ətraflı məlumatlar verilib, bol –bol fotoşəkillər çəkilib. Tədbir saat 20:00-a qədər davam edib.

Novruz Bayramınız mübarək olsun!

Arzu edirik ki, bu Novruz Bayramında axan sular bütün dərdlərinizi yuyub aparsın, əsən yellər evlərinizə şadlıq, rahatlıq gətirsin, ağrı- acılarınız odda qalsın, ümidləriniz torpaqda cücərsin. Amrahbank!
Sizə açıq və aydın bank!

Məqalədə:
Xəbər lenti

Xəbər lenti