...

I Şopinq Festivalında Azərbaycan vətəndaşlarına da "tax free" sistemi tətbiq ediləcək (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 Mart 2017 13:03 (UTC +04:00)
Bu il aprelin10-dan mayın 10-dək Bakıda keçiriləcək Birinci Şopinq Festivalı zamanı ilk dəfə olaraq Azərbaycan vətəndaşlarına da "tax free" sistemi tətbiq ediləcək.
I Şopinq Festivalında Azərbaycan vətəndaşlarına da "tax free" sistemi tətbiq ediləcək (FOTO)

Bakı. Samir Əli - Trend:

Bu il aprelin 10-dan mayın 10-dək Bakıda keçiriləcək Birinci Şopinq Festivalı zamanı ilk dəfə olaraq Azərbaycan vətəndaşlarına da "tax free" sistemi tətbiq ediləcək.

Trend-in məlumatına görə, bu barədə mədəniyyət və turizm naziri Əbülfəz Qarayev bildirib.

Onun sözlərinə görə, festival bir ay davam edəcək: "Ümidvaram ki, festival uğurla başa çatacaq. Festivalın məqsədi nəinki xaricdən Azərbaycana gələn turist axınının çoxalmasından ibarətdir, bu, eyni zamanda Azərbaycanda daxili turizmin inkişafına və daxili ticari sistemin təkmilləşdirilməsinə böyük təkan verəcək bir sistemdir. Bu sistem istər-istəməz Azərbaycanın müxtəlif yerlərində tətbiq olunacaq. Şopinq zamanı Azərbaycanda "tax free" sistemi tətbiq olunacaq. Bildiyiniz kimi, "tax free" sistemi xaricdən gələn şəxslərə tətbiq olunur ki, səyahətə gedərkən xərclədiyi pulun müəyyən bir məbləğini bərpa etsin".

Nazir qeyd edib ki, ilk dəfə olaraq bu festival zamanı Azərbaycan vətəndaşları üçün də bu sistem tətbiq olunacaq:

"Bu, heç bir ölkədə yoxdur. Bu, cənab Prezidentin təstiq etdiyi layihədir. Azərbaycan vətəndaşları bu festival zamanı xərclədiyi vəsaitin nəzərdə tutulan ƏDV-nin bir hissəsinin qaytarılmasına nail olacaq. Azərbaycanda ilk dəfə tətbiq ediləcək bu sistemin yaxşı nəticə verəcəyinə inanırıq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti