...

Azərbaycan Gürcüstana ixracatı 40 faizədək artırıb (CƏDVƏL)

Biznes və iqtisadiyyat xəbərləri Materials 23 Mart 2017 13:00 (UTC +04:00)
2017-ci ilin yanvar-fevral aylarında Azərbaycan Gürcüstana 127,55 milyon dollar dəyərində məhsul ixrac edib.
Azərbaycan Gürcüstana ixracatı 40 faizədək artırıb (CƏDVƏL)

Bakı. Azad Həsənli - Trend:

2017-ci ilin yanvar-fevral aylarında Azərbaycan Gürcüstana 127,55 milyon dollar dəyərində məhsul ixrac edib.

Trend-in Gürcüstan Milli Statistika Xidmətinə istinadən verdiyi məlumata görə, bu, 2016-cı ilin ilk iki ayı ilə müqayisədə 38 faiz çoxdur.

Hesabata əsasən, Gürcüstana ixracat həyata keçirən ölkələr arasında ikinci yer tutan Azərbaycanın xüsusi çəkisi 12 faiz təşkil edir. 2016-cı ilin ilk iki ayı ərzində bu göstərici 9,9 faizə bərabər olub. Bu göstərici üzrə birinci yerdə 163,35 milyon dollarla (15,3 faiz) Türkiyə, üçüncü yerdə isə 103,6 milyon dollarla (9,7 faiz) Rusiya qərarlaşıb.

Hesabata əsasən, 2017-ci ilin yanvar-fevral aylarında Gürcüstanla Azərbaycan arasında ticarət dövriyyəsi 146,04 milyon dollar təşkil edib. Azərbaycanın Gürcüstanla ticarət dövriyyəsinin bu ölkənin xarici ticarətində xüsusi çəkisi 10,3 faiz təşkil edib.

İxrac olunan məhsullar

Yanvar-fevral, 2016-cı il

Yanvar-fevral, 2017-ci il

Həcm (min dollar)

Həcm (ton)

Həcm (min dollar)

Həcm (ton)

Təbii qaz

72 692

363 225,6

89 056

409 811,8

Neft və neft məhsulları

8 325,2

28 980,7

14 464,2

Elektrik enerjisi

747,6

-

11 217,7

22 449,9

Buldozer, qreyder və digər tikinti aqreqatları

656

6

1 861

43

Mis və konsentratlar

1 652,6

898,1

1 438,8

710,3

Digər mallar

8 350,9

9 513,1

CƏMİ

92 424,3

127 550,8

Məqalədə:
Xəbər lenti

Xəbər lenti