...

Türkiyəli ixracatçılar Azərbaycana səfər edəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 27 Mart 2017 14:26 (UTC +04:00)
Türkiyənin İxracatçılar Assosiasiyasının nümayəndə heyəti 2-6 may tarixlərində Azərbaycana və Gürcüstana səfər edəcəklər.
Türkiyəli ixracatçılar Azərbaycana səfər edəcək

Bakı. Orxan Quluzadə - Trend:

Türkiyənin İxracatçılar Assosiasiyasının nümayəndə heyəti 2-6 may tarixlərində Azərbaycana və Gürcüstana səfər edəcəklər.

Trend-in məlumatına görə, bunu Assosiasiyanın rəhbəri Əhməd Həmdi Gürdoğan deyib.

Onun sözlərinə görə, səfər ölkələr arasında iqtisadi əməkdaşlığın inkişaf etdirilməsi məqsədilə reallaşdırılır: “Son illərdə Türkiyənin Azərbaycan və Gürcüstanla ticarət əlaqələri artsa da, bu hələ də istənilən səviyyədə deyil. 2016-cı ildə Türkiyənin şərqi Qara dəniz regionu üzrə ixracatının 13 faizi Gürcüstanın və yalnız 1,7 faizi Azərbaycanın payına düşüb. Bu göstərici regionun real potensialını əks etdirmir”.

Assosiasiyanın rəhbəri bildirib ki, nümayəndə heyətinin səfəri çərçivəsində sahibkarların ikitərəfli görüşləri keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti