...

Azərbaycan sahibkarlarının nəzərinə

Biznes və iqtisadiyyat xəbərləri Materials 31 Mart 2017 18:03 (UTC +04:00)
"Made in World" şirkəti yerli sahibkarlarla əməkdaşlıqda maraqlıdır.
Azərbaycan sahibkarlarının nəzərinə

Bakı. Trend:

"Made in World" şirkəti yerli sahibkarlarla əməkdaşlıqda maraqlıdır.

Bu barədə Trend Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fonduna (AZPROMO) istinadən məlumat verir.

"Made in World" onlayn portal, sərgilər, işgüzar görüşlər və "Premium" satış xidmətləri vasitəsilə sahibkarların öz istehsal etdikləri məhsullarının Səudiyyə Ərəbistanı Krallığında satışına dəstək göstərən satış və marketinq şirkətidir.

Şirkətin “Online Marketing” portalı azərbaycanlı sahibkarların öz məhsullarını reklam və təşviq edə biləcəkləri nadir onlayn marketinq platformasıdır. Azərbaycanlı sahibkarlar digər ölkələrdə satışla məşğul olan şirkətlərin məlumatlandırılması və birbaşa əlaqələrin qurulması üçün ödənişsiz qaydada portaldan qeydiyyatdan keçə və məhsulları haqqında məlumatları yükləyə bilərlər.

Bundan əlavə, “Made in World” dünyanın müxtəlif yerlərində iqtisadiyyatın müxtəlif sektorlarına aid işgüzar görüşlər və sərgilər təşkil edir. Bunlara ərzaq sənayesi, səhiyyə, tikinti, avadanlıqlar istehsalı, dəb, mebel istehsalı və digərləri daxildir.

Əlavə məlumat almaq istəyən sahibkarlar qeyd olunan əlaqə vasitələrindən istifadə edə bilərlər:

Tel.: (966) 11 402 9545
Faks: (966) 11 402 6233
E-poçt: [email protected]

Məqalədə:
Xəbər lenti

Xəbər lenti