...

Azərbaycan və Aİ daha 7 tvinninq-layihəyə başlayacaqlar (YENİLƏNİB)

Biznes və iqtisadiyyat xəbərləri Materials 7 Aprel 2017 10:34 (UTC +04:00)
Yaxın vaxtlarda Azərbaycan və Avropa İttifaqı daha 7 tvinninq-layihəyə başlayacaqlar.
Azərbaycan və Aİ daha 7 tvinninq-layihəyə başlayacaqlar (YENİLƏNİB)

Bakı. Azad Həsənli - Trend:

Yaxın vaxtlarda Azərbaycan və Avropa İttifaqı (Aİ) daha 7 tvinninq-layihəyə başlayacaqlar.

Trend-in məlumatına görə, bunu iqtisadiyyat nazirinin müavini Sahil Babayev Azərbaycanda Avropa İttifaqının tvinninq-layihələrinin tətbiqinin 10 illiyinə həsr olunmuş konfransda deyib.

Nazir müavini qeyd edib ki, bu layihələr vergi və maliyyə inzibatçılığı, ədliyyə, sosial sığorta, regional inkişaf və iqtisadi idarəetmə sahələrini əhatə edəcək:

"Belə layihələr üçün büdcə 700 min - 1,5 milyon avro arasında dəyişir. Tvinninq-layihələrin reallaşdırılma müddəti təqribən iki il təşkil edir".

S.Babayev bildirib ki, Aİ 1992-ci ildən Azərbaycanda müxtəlif layihələrin, o cümlədən tvinninq-layihələrin həyata keçirilməsinə 582 milyon avro ayırıb:

"Azərbaycan tvinninq-layihələrin sayına görə regionda liderdir. Avropa İttifaqı ilə əməkdaşlıq dövrü ərzində biz 45 belə layihə üzərində işlərə başlamışıq. Onlardan 26-sı artıq başa çatıb, 12-si həyata keçirilir, 7 layihənin icrasına isə yaxın günlərdə başlanacaq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti