...

Azərbaycan və Özbəkistan turizm sahəsində memorandum imzalayıb (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 17 Aprel 2017 13:04 (UTC +04:00)
Azərbaycan və Özbəkistan turizm assosiasiyası arasında münasibətlərin inkişafı barədə memorandum imzalanıb
Azərbaycan və Özbəkistan turizm sahəsində memorandum imzalayıb (FOTO)

Daşkənd. Dəmir Əzizov - Trend:

Azərbaycan və Özbəkistan turizm assosiasiyası arasında münasibətlərin inkişafı barədə memorandum imzalanıb.

Bu barədə Trend-ə Azərbaycanın Özbəkistandakı səfirliyindən məlumat verilib.

Məlumata görə, memorandumu hər iki ölkənin turizm assosiasiyalarının rəhbərləri Nahid Bağırov (Azərbaycan) və Nəbican Qasımov (Özbəkistan) imzalayıblar.

Sənəddə turizm sahəsinin inkişafı sahəsində təcrübə və məlumat mübadiləsi, birgə turların təşkili, turizimin təşviq olunması ilə bağlı birgə tədbirlər, eləcə də sağlamlaşdırma turizminin təşviq olunması kimi məsələlər nəzərdə tutulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti