...

Özəl statusunuzun simvolu - myCard Platinum və myCard Gold

Biznes və iqtisadiyyat xəbərləri Materials 17 Aprel 2017 12:38 (UTC +04:00)
Müasir dövrdə kartdan istifadə sürətlə artır - insanlar tədricən nağdsız ödənişlərə və onlayn alış-verişlərə üstünlük verirlər.
Özəl statusunuzun simvolu - myCard Platinum və myCard Gold

Bakı. Trend:

Müasir dövrdə kartdan istifadə sürətlə artır - insanlar tədricən nağdsız ödənişlərə və onlayn alış-verişlərə üstünlük verirlər. İstər xarici səfərlərdə, istər gündəlik həyatda artıq özünlə nağd şəkildə çoxlu pul daşımağa ehtiyac yoxdur. Plastik kartlar istifadədə dahat rahatdırlar və istifadəçiləri üçün geniş imkanlar yaradırlar.

Hər zaman müştərilərin istəklərinə uyğun olaraq fərqli məhsullar təqdim edən AccessBank bir neçə plastik kart təklif edir. Bankın təqdim etdiyi kartlar arasında müştərilər tərəfindən ən çox rəğbət qazanan ötən il istifadəyə verilən myCard-dır. myCard-a olan marağı nəzərə alan Bank bu yaxınlarda yeni premium klass növü olan myCard Gold və myCard Platinum kartını istifadəyə verdi. myCard Classic ilə müqayisədə myCard Gold və myCard Platinum daha geniş imkanlar yaradır və sahibinin özəl statusunu təsdiqləyir. Premium klass kartların sahibləri dünyanın hər yerində VİP müştəri kimi qarşılanır, onlara fərqli, daha yüksək xidmət göstərilir.

myCard sadəcə ödəniş kartı deyil, o həm də depozit kartıdır və bundan əlavə özündə bir sıra özəllikləri birləşdirir. Məsələn, müştərilər kart hesablarında olan müsbət qalığa gəlir əldə edirlər. Həmçinin, Bankın bankomatlarından vəsait nağdlaşdırılarkən heç bir komissiya tutulmur, myCard-la ödəniş edildikdə isə AccessQazanc cash-back proqramı çərçivəsində pulun bir hissəsi müştərilərin hesabına geri qayıdır. myCard-ın üstünlükləri bununla bitmir, bu kartı əldə etdikdə müştərilərə Onlayn Bankinq, SMS-məlumatlandırma və 3D Secure xidmətləri pulsuz təqdim olunur.

Daha ətraflı məlumatı Bankın www.accessbank.az saytından əldə etmək mümkündür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti