...

Azərbaycanda qeyri-neft sənayesində artım var - 2 faiz

Biznes və iqtisadiyyat xəbərləri Materials 19 Aprel 2017 07:58 (UTC +04:00)
2017-ci ilin yanvar-mart aylarında Azərbaycan sənayesinin qeyri-neft sektoru iki faiz artıb, neft sektoru isə 8,3 azalıb
Azərbaycanda qeyri-neft sənayesində artım var - 2 faiz

Bakı. Ləman Zeynalova - Trend:

2017-ci ilin yanvar-mart aylarında Azərbaycan sənayesinin qeyri-neft sektoru iki faiz artıb, neft sektoru isə 8,3 faiz azalıb.

Trend bu barədə Dövlət Gömrük Komitəsinin ilin ilk 3 ayı üzrə hesabatına istinadən məlumat verir.

Qeyd olunan dövrdə sənaye istehsalının ümumi həcmi 10 milyard manat təşkil edib. Bu, 2016-cı ilin yanvar-mart ayları ilə müqayisədə 6,8 faiz azdır.

Bu ilin birinci rübündə hasilat sənayesində istehsalatın həcmi 7,2 milyard manat təşkil edib ki, bu ötən ilin eyni dövrü ilə müqayisədə 7,9 faiz azdır.

Hesabat dövründə Azərbaycanda 9,46 milyon ton neft və qaz kondensatı hasil edilib. Bu rəqəm ötənilki göstəricidən 9,9 faiz azdır.

Bu ilin ilk üç ayı ərzində elektrik enerjisi, qaz və buxarla təchizat ötən ilin eyni dövrü ilə müqayisədə 2,6 faiz artıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti