...

"Xalq Bank" "Visa İnternational" beynəlxalq ödəniş sisteminin prinsipial üzvü olub

Biznes və iqtisadiyyat xəbərləri Materials 19 Aprel 2017 16:00 (UTC +04:00)
"Visa İnternational" ödəniş sisteminin Direktorlar Şurasının qərarına əsasən "Xalq Bank"ın assosiativ üzvlüyü prinsipial üzvlüyədək yüksəldilib və bu haqda Visa rəsmiləri Banka sertifikat təqdim ediblər.
"Xalq Bank" "Visa İnternational" beynəlxalq ödəniş sisteminin prinsipial üzvü olub

Bakı. Trend:

"Visa İnternational" ödəniş sisteminin Direktorlar Şurasının qərarına əsasən "Xalq Bank"ın assosiativ üzvlüyü prinsipial üzvlüyədək yüksəldilib və bu haqda Visa rəsmiləri Banka sertifikat təqdim ediblər.

Bankdan Trend-ə verilən məlumata görə, prinsipial üzvlük statusu Banka müştərilər üçün kart məhsullarının və xidmətlərinin çeşidini artırmaq, daha sərfəli şərtlər təklif etmək, kart məhsullarının daha da tanıdılması üçün Visa şirkətinin imkanlarından daha geniş yararlanmaq imkanı yaradır.

"Xalq Bank" Visa ödəniş sistemi ilə 2009-cu ildən əməkdaşlıq edir, Visa Gold, Visa Classic, Visa Platinum, Visa Business və internetdə ödənişlər etmək üçün nəzərdə tutulan Visa Virtuon kartlarını buraxır. Kartları Bankın istənilən filialında sifariş etmək olar. Kartların təhlükəsizliyi “3D Secure” sistemi ilə təmin edilir.

Xalq Bankın kartları haqda ətraflı məlumatı www.xalqbank.az saytında və ya 138 Məlumat Mərkəzinə zəng edib əldə etmək olar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti