...

Başqa banklar da birləşəcək?

Biznes və iqtisadiyyat xəbərləri Materials 21 Aprel 2017 12:04 (UTC +04:00)
Azərbaycan Maliyyə Bazarlarına Nəzarət Palatasına digər banklar tərəfindən birləşmə barədə müraciət daxil olmayıb.
Başqa banklar da birləşəcək?

Bakı. Azad Həsənli - Trend:

Azərbaycan Maliyyə Bazarlarına Nəzarət Palatasına digər banklar tərəfindən birləşmə barədə müraciət daxil olmayıb.

Trend-in məlumatına görə, bunu Azərbaycan Maliyyə Bazarlarına Nəzarət Palatası idarə heyətinin üzvü İmran Məmmədov deyib.

Qeyd edək ki, aprelin 19-da "Caspian Development Bank” və “Atabank”ın birləşməsi barədə qərar qəbul edilib.

Azərbaycanın bank sektorunda hazırda 32 bank fəaliyyət göstərir.

Xəbər lenti

Xəbər lenti