Bakı. Trend:
Aprelin 25-də Azərbaycan Mərkəzi Bankında Dövlət Neft Fondunun da iştirakı ilə hərrac keçirilib.
Mərkəzi Bankdan Trend-ə verilən məlumata görə, hərracda manatın orta çəkili məzənnəsi 1,7025 səviyyəsində formalaşıb.
Qeyd edək ki, 25.04.2017-ci il tarixinə USD/AZN rəsmi məzənnəsi 1,7022 səviyyəsində müəyyən olunub.