...

Nazir: Azərbaycanla Səudiyyə Ərəbistanı arasında güclü siyasi, iqtisadi, mədəni əlaqələr var

Biznes və iqtisadiyyat xəbərləri Materials 26 Aprel 2017 12:20 (UTC +04:00)
Səudiyyə Ərəbistanının energetika, sənaye və təbii ehtiyatlar naziri Xalid Əbdüləziz D.Əlfalih Azərbaycana səfəri çərçivəsində Energetika Nazirliyində olub.
Nazir: Azərbaycanla Səudiyyə Ərəbistanı arasında güclü siyasi, iqtisadi, mədəni əlaqələr var

Bakı. Trend:

Səudiyyə Ərəbistanının energetika, sənaye və təbii ehtiyatlar naziri Xalid Əbdüləziz D.Əlfalih Azərbaycana səfəri çərçivəsində Energetika Nazirliyində olub.

Bu barədə Trend-ə nazirlikdən məlumat verilib.

Azərbaycanla Səudiyyə Ərəbistanı arasında güclü siyasi, iqtisadi və mədəni əlaqələrin mövcud olduğunu deyən energetika naziri Natiq Əliyev bu səfəri enerji əməkdaşlığında mühüm hadisə kimi qiymətləndirib. Nazir Səudiyyə Ərəbistanının energetika, sənaye və təbii ehtiyatlar naziri Xalid Əbdüləziz D.Əlfalihlə OPEC çərçivəsində keçirilən tədbirlərdə six təmasda olduğunu xatırladıb və Bakı görüşünün əlaqələrin daha da möhkəmlənməsinə xidmət edəcəyini bildirib.

Xalid Əbdüləziz D.Əlfalih isə Səudiyyə Ərəbistanının Azərbaycanın müstəqilliyini ilk tanıyan və beynəlxalq təşkliatlarda davamlı dəstək nümayiş etdirən ölkələrdən biri olduğunu xatırladıb. Onun sözlərinə görə, Səudiyyə Ərəbistanı həm də Azərbaycanla enerji sahəsində əməkdaşlıq üzrə sazişi ilk imzalayan ölkələrdən biridir. Nazir Bakı görüşlərinin enerjı əməkdaşlığının inkişafına fayda verəcəyini bildirib.

Qeyd edək ki, Səudiyyə Ərəbistanının energetika, təbii ehtiyatlar naziri Xalid Əbdüləziz D.Əlfalihin Bakıya səfəri çərçivəsində ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov, Dövlət Neft Fondunun (ARDNF) icraçı direktoru Şahmar Mövsümov və Azərbavcan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) prezident Rövnəq Abdullayevlə görüşləri də nəzərdə tutulub. Xalid Əbdüləziz D.Əlfalihin, həmçinin Bibiheybət və Səngəçala baş çəkməsi də səfər proqramına daxil edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti