...

Bu ilin ilk rübü sığorta ödənişləri 15% artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 27 Aprel 2017 17:27 (UTC +04:00)
2017-ci ilin ilk rübü ərzində sığorta şirkətləri tərəfindən toplanmış sığorta haqlarının həcmi 150 milyon 681 min manat, ödənişlər isə 60 milyon 292 min manat təşkil edib.
Bu ilin ilk rübü sığorta ödənişləri 15% artıb

Bakı. Trend:

2017-ci ilin ilk rübü ərzində sığorta şirkətləri tərəfindən toplanmış sığorta haqlarının həcmi 150 milyon 681 min manat, ödənişlər isə 60 milyon 292 min manat təşkil edib.

Maliyyə Bazarlarına Nəzarət Palatasından Trend-ə verilən məlumata görə, cari ilin birinci rübü ərzində sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 40 manatı ödəniş edilib. Qeyd edək ki, 2016-cı ilin müvafiq dövründə bu göstərici 35 manat olub.

Könüllü sığorta bazarı üzrə haqlar ötən ilin müvafiq dövrü ilə müqayisədə 4% artaraq 111 milyon 913 min manat təşkil edib. Bu sığorta növləri üzrə ödənişlər isə 16% artaraq 47 milyon 344 min manata yüksəlib.

İcbari sığorta növləri üzrə yığımlar 38 milyon 768 min manat təşkil edib. Hesabat dövründə şirkətlər tərəfindən sözügedən sığorta növü üzrə 12 milyon 949 min manat ödəniş həyata keçirilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 1 milyon 315 min manat və ya 11% artım deməkdir.

2017-ci ilin ilk rübü ərzində sığorta şirkətləri və sinifləri üzrə hesablanmış sığorta haqları və ödənişlərə dair ətraflı məlumatlar sığorta bazarının icmal göstəricilərində öz əksini tapıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti