...

"Xalq Bank"dan növbəti lotereya

Biznes və iqtisadiyyat xəbərləri Materials 4 May 2017 16:09 (UTC +04:00)
“Xalq Bank" nağdsız ödənişlərin stimullaşdırılması məqsədilə plastik kart müştəriləri üçün “Xalq Bank kartı ilə ödəniş qazanclıdır!” adlı növbəti tirajlı lotereyaya start verir.
"Xalq Bank"dan növbəti lotereya

Bakı. Trend:

“Xalq Bank" nağdsız ödənişlərin stimullaşdırılması məqsədilə plastik kart müştəriləri üçün “Xalq Bank kartı ilə ödəniş qazanclıdır!” adlı növbəti tirajlı lotereyaya start verir.

Bankdan Trend-ə verilən məlumata görə, bu ilin may ayının 1-dən 2018-ci ilin yanvar ayının 10-dək davam edəcək lotereyada ən azı 10 manat (və ya xarici valyutada ekvivalenti) məbləğdə nağdsız ödəniş edən "Xalq Bank" kartlarının sahibləri lotereyanın iştirakçısına çevrilirlər. Ödəniş "Xalq Bank"ın POS-terminallarında həyata keçirilərsə 2 elektron bilet, digər bankların POS-terminallarında isə - 1 elektron biletə çevrilir. Elektron biletlərin sayı haqda məlumatı hər iştirakçı Bankın www.xalqbank.az rəsmi internet səhifəsində ala bilər.

Lotereyanın şərtlərinə görə hər həftə oynanılan tirajda həftə ərzində ən çox nağdsız ödəniş edən müştərilər “Cinema Plus” kinoteatrlarına biletlər, hər ay oynanılan tirajda isə lotereya proqramı vasitəsilə təsadüfi seçilmiş müştərilər “Sakit Göl” istirahət mərkəzinə istirahət kuponu və xarici ölkəyə səyahət üçün 500 manat dəyərində hədiyyə kuponu qazanacaq.

Hər iştirakçı oynanılan mükafat növündən yalnız bir ədəd qazana bilər. Lotereyada Xalq Bankın bütün kartları iştirak edir.

"Xalq Bank"ın plastik kartlarını Bankın istənilən filialında əldə etmək olar. Visa Electron/MC Debit, Visa Classic/MC Standard, Visa Gold/MC Gold və Visa İnternet kartları pulsuz təqdim olunur. Plastik kartlar, kampaniya və Xalq Bankın POS terminal şəbəkəsi haqda daha ətraflı məlumatı www.xalqbank.az internet səhifəsindən və ya 138 Məlumat Mərkəzindən əldə etmək mümkündür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti