...

Bank VTB-nin (Azərbaycan) “Gənclik” filialı İslamiada zamanı gücləndirilmiş iş rejimində çalışacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 12 May 2017 18:59 (UTC +04:00)
Bakıda IV İslam Həmrəyliyi Oyunlarının keçirilməsi münasibəti ilə bank VTB-nin (Azərbaycan) “Gənclik” filialı istirahət günləri də işləyəcək.
Bank VTB-nin (Azərbaycan) “Gənclik” filialı İslamiada zamanı gücləndirilmiş iş rejimində çalışacaq

Bakı. Trend:

Bakıda IV İslam Həmrəyliyi Oyunlarının keçirilməsi münasibəti ilə bank VTB-nin (Azərbaycan) “Gənclik” filialı istirahət günləri də işləyəcək.

Bankın mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, filialın iş saatları da uzadılıb: Oyunlar müddətində filial həftə içi saat 09.00-dan 19.00-dək, istirahət günlərində isə saat 10.00-dan 19.00-dək işləyəcək.

Kassaların iş saatı həftə içi 09.00-dan 18.00-dək, istirahət günləri 10.00-dan 18.00-dəkdir. Belə iş rejimi İslam Oyunları başa çatana qədər, yəni 22 may 2017-ci il tarixinə kimi davam edəcək.

Filial müştərilərinə bankın bütün xidmətlərini, o cümlədən valyuta mübadiləsi əməliyyatları, təcili pul köçürmə sistemi üzrə vəsaitin ödənilməsi və göndərilməsi, mədaxil əməliyyatları, hesabların açılması, plastik kartların sifarişi və verilməsi, ödəmə tapşırıqlarının qəbulu, hesablar üzrə çıxarışların verilməsi, kredit üçün sifarişlərin qəbul edilməsi, məsləhətlər xidmətlərini göstərməyə davam edəcək.

“Gənclik” ofisinin belə iş rejimi həm yerli müştərilərin, həm də şəhərin qonaqlarının rahatlığı üçün təşkil edilib. Filial, “Gənclik” metro stansiyasının çıxışı yaxınlığında, M.K. Atatürk prospekti, 2 ünvanında («Ganjlik Mall» TM ilə üzbəüz) yerləşir.

Bundan başqa, bu günlərdə müştərilər VTB-nin (Azərbaycan) bütün bankomat və POS-terminallarından istifadə edə bilər. İslam həmrəyliyi oyunları müddətində bank onların fasiləsiz və sabit işini təmin edəcək. VTB-nin (Azərbaycan) bütün bankomatları kifayət qədər valyuta ilə təmin olunacaq.

Bank VTB (Azərbaycan) ASC VTB Bank ASC-nin törəmə bankıdır. Bank VTB (Azərbaycan) ASC-nin səhmdarları: VTB Bank ASC və “AtaHolding” ASC-dir. Bank VTB (Azərbaycan) ASC korporativ biznesi, kiçik və fərdi biznesi təmsil edən müştərilərə, eləcədə fiziki şəxslərə xidmət göstərir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti