...

Bakıdakı ticarət festivalı çərçivəsində alıcılara 1,5 milyon manatdan artıq ƏDV geri qaytarılıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 17 May 2017 19:30 (UTC +04:00)
Bakıda keçirilən ilk ticarət festivalı ərzində alınmış mallara görə alıcılara 1,53 milyon manat ƏDV geri qaytarılıb.
Bakıdakı ticarət festivalı çərçivəsində alıcılara 1,5 milyon manatdan artıq ƏDV geri qaytarılıb

Bakı. Trend:

Bakıda keçirilən ilk ticarət festivalı ərzində alınmış mallara görə alıcılara 1,53 milyon manat ƏDV geri qaytarılıb.

Vergilər Nazirliyindən Trend-ə verilən məlumata görə, 10 aprel-10 may tarixləri arasında keçirilən şopinq festivalda dövriyyənin ümumi məbləği 15 milyon 471 min 805 manat olub.

Təsdiqlənmiş hesab-fakturaların 19.119-u Azərbaycan vətəndaşları, 1734-ü isə əcnəbilər tərəfindən təqdim olunub.

Mal alarkən ticarət festivalını deyil, «tax free» sistemini seçmiş əcnəbilərə ümumi məbləği 2 milyon 696 min 087,3 min manat olan 1130 elektron vergi hesab-fakturası təqdim olunub. Beləliklə, ümulikdə əcnəbilərə ƏDV-nin qaytarılması məqsədilə məbləği 4 milyon 127 min 50,8 manat olan 3059 elektron vergi hesab-fakturası verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti