...

Azərbaycan neftinin QİYMƏTİ dəyişdi

Biznes və iqtisadiyyat xəbərləri Materials 24 May 2017 22:59 (UTC +04:00)
CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti mayın 23-də 54,77 dollar/barel təşkil edib
Azərbaycan neftinin QİYMƏTİ dəyişdi

Bakı. Maksim Tsurkov - Trend:

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti mayın 23-də 54,77 dollar/barel təşkil edib ki, bu da bazar ertəsinə olan göstəricidən 0,05 dollar/barel çoxdur.

Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti mayın 23-də 53,93 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,03 dollar/barel çoxdur.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti mayın 23-də 51,19 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,04 dollar/barel çoxdur.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti isə mayın 23-də 53,43 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 0,04 dollar/barel çoxdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti