...

“Atəşgah Həyat” istehsalatda bədbəxt hadisələrdən icbari sığorta üzrə 3,8 mln.manat sığorta ödənişi edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 24 May 2017 19:21 (UTC +04:00)
Şirkət icbari sığorta üzrə növbəti iri sığorta ödənişləri həyata keçirib.
“Atəşgah Həyat” istehsalatda bədbəxt hadisələrdən icbari sığorta üzrə 3,8 mln.manat sığorta ödənişi edib

Bakı. Trend:

“Atəşgah Həyat” Sığorta Şirkəti istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta üzrə növbəti iri sığorta ödənişləri həyata keçirib.

Şirkətdən Trend-ə verilən məlumata görə, “Atəşgah Həyat” SŞ - də sığortalanmış neft şirkətlərindən birinin əməkdaşı bədbəxt hadisə səbəbindən platformada (dənizdə) yükləmə əməliyyatı zamanı kranın dənizə aşması nəticəsində vəfat edib. Bu sığorta hadisəsi ilə bağlı birdəfəlik sığorta ödənişinin məbləği bağlanılmış müqaviləyə uyğun olaraq 92 min AZN təşkil edib. Məbləğ faydalanan şəxslərə - mərhumun həyat yoldaşı və azyaşlı övladına verilib.

Bundan əlavə, tikinti şirkətlərindən birinin sürücüsü Tbilisi-Sınıq Körpü avtomagistral yolunun 49-cu km-də baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində vəfat edib. Bu hadisə ilə bağlı faydalanan şəxslərə - mərhumun ailəsinə 39 min AZN məbləğində sığorta ödənişi təqdim edilib.

Hazırda “Atəşgah Həyat” SŞ-nin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta üzrə həyata keçirdiyi ödənişlərin ümumi həcmi 3,8 mln. təşkil edir.

“Atəşgah Həyat” SŞ istehsalatda bədbəxt hadisələrdən icbari sığorta ilə yanaşı, həyatın müddətli sığortası, yığım sığortası, kredit həyat sığortası, həyatın sağalmaz xəstəliklərdən sığortası və digər xidmətləri təklif edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti