...

"Expressbank" daha bir nominasiya üzrə qalib olub

Biznes və iqtisadiyyat xəbərləri Materials 25 May 2017 17:35 (UTC +04:00)
Geniş bank xidmətləri və məhsulları ilə daim öndə olan "Expressbank" daha bir uğura imza atıb.
"Expressbank" daha bir nominasiya üzrə qalib olub

Bakı. Trend:

Geniş bank xidmətləri və məhsulları ilə daim öndə olan "Expressbank" daha bir uğura imza atıb.

Bankdan Trend-ə verilən məlumata görə, Expressbank “MasterCard Platinum, Black edition və World elite kartlarının say miqdarını ən çox artıran bank” nominasıyasında qalib olub və “Gold və Standard kartlarının say miqdarını ən çox artıran ban” nominasiyasında 2-ci yerdə qərarlaşıb. Belə ki, Expressbank 1 oktyabr 2016-cı il tarixindən 31 mart 2017-ci il tarixinədək ölkə ərazisində fəaliyyət göstərən kommersiya bankları arasında ən çox sayda MasterCard Platinum plastik kartlarını emissiya edən bank olub.

Qeyd edək ki, Expressbank-ın plastik kartlarına sahib olmaq istəyən müştərilər Expresso kartlarını 5 AZN, Maestro kartlarını 6 AZN, MasterCard Standart kartlarını isə 8 AZN-ə əldə edə bilərlər. Həmçinin hesaba minimum 400 AZN/USD/EUR/GBP ilkin mədaxil etməklə MasterCard Gold, 800 AZN/USD/EUR/GBP ilkin mədaxillə isə MasterCard Platinum kartlarını pulsuz sifariş etmək mümkündür. Həmin vəsaiti heç bir komissiya olmadan nağdlaşdıra və ya ExpressClub layihəsi çərçivəsində ölkədaxili POS-terminallarda ödəməklə xərclərinizi gəlirə çevirə bilərsiniz.

Expressbank-ın xidmət şəbəkəsi 16 filialdan ibarətdir. Onlardan 10-u Bakı və Sumqayıt şəhərlərində, 6-sı isə ölkənin Gəncə, Mingəçevir, Bərdə, Qusar, Xaçmaz və Şirvan şəhərlərində yerləşir. Bankın ölkə üzrə 80-dək bankomat, 6000-dək POS terminal və 500-dən artıq ExpressPay ödəniş terminalı var.

Bank xidmətləri barədə ətraflı məlumat üçün 132 Məlumat Mərkəzinə zəng edə, www.expressbank.az saytına və ya Bankın rəsmi facebook səhifəsinə www.facebook.com/Expressbank daxil ola bilərsiniz.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti