...

Bank of Baku “BoB Akademiya” adlı yeni təlim mərkəzini istifadəyə verib (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 6 İyun 2017 15:28 (UTC +04:00)
Sektorun Akademiyası “BoB Akademiya” adlı təlim mərkəzini istifadəyə verib.
Bank of Baku “BoB Akademiya” adlı yeni təlim mərkəzini istifadəyə verib (FOTO)

Bakı. Trend:

3 iyunda Bank of Baku özünün yaratdığı təlim mərkəzi - BOB AKADEMİYA-nın açılış mərasimini keçirib.

Bankdan Trend-ə verilən məlumata görə, bankın İdarə Heyəti üzvlərinin, departament və filial direktorlarının iştirakı ilə təşkil olunan rəsmi açılış mərasimi, təlim mərkəzinin yerləşdiyi Veraj Avenue Biznes Mərkəzində keçirilib.

Tədbirdə peşəkar bank mütəxəssislərinin hazırlanmasında və inkişafında BoB Akademiyanın əhəmiyyətindən danışan Bankın İdarə Heyətinin Sədri Eldar Həmidov bildirib ki, “BoB Akademiya Bank of Baku-nun korporativ təlim və inkişaf strategiyasının icrasında, əməkdaşların karyera hədəflərinə çatmasında çox mühüm rola malik olacaq: "Əminəm ki, bu mərkəzin açılışı Bankımızın gələcəkdə daha böyük uğurlar əldə etməsinə, korporativ biznes əlaqələrinin genişləndirilməsinə, bankdaxili komanda ruhunun artırılmasına zəmin yaradacaq.”

BoB Akademiya həm bankdaxili, həm də bankxarici tədbir və görüşlərin keçirilməsi üçün unikal məkan rolunu oynayacaq. Burada eyni zamanda müxtəlif sahələr üzrə bankın və korporativ müştərilərin əməkdaşları, həmçinin tələbələr üçün peşəkar təlimlərin də keçirilməsi nəzərdə tutulub.

Daha ətraflı:

145 məlumat mərkəzi

www.bankofbaku.com

www.facebook.com/bankofbaku

Məqalədə:
Xəbər lenti

Xəbər lenti