...

VTB (Azərbaycan) kapitalın adekvatlıq əmsalını artırır

Biznes və iqtisadiyyat xəbərləri Materials 7 İyun 2017 17:36 (UTC +04:00)
Bank VTB (Azərbaycan) 1 və 2 dərəcəli kapitalının adekvatlığı əmsalı normativini, həmçinin məcmu kapitalının 2017-ci ilin aprel ayının 1-nə olan həcmini açıqlayıb.
VTB (Azərbaycan) kapitalın adekvatlıq əmsalını artırır

Bakı. Trend:

Böyüklüyünə görə Rusiyanın ikinci bankının Qrupuna daxil olan Bank VTB (Azərbaycan) 1 və 2 dərəcəli kapitalının adekvatlığı əmsalı normativini, həmçinin məcmu kapitalının 2017-ci ilin aprel ayının 1-nə olan həcmini açıqlayıb.

Bankın mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, onlar 5% və 10% və 50 mln. AZN normativinə müvafiq olaraq 22,07%, 37,8% və 51,06 mln. manat həcmindədir. 2016-ci ildə inkişaf strategiyası çərçivəsində bankın səhmdarları tərəfindən əlavə vəsait ayrılması həyata keçirilmişdi.

Bankın daha əvvəl də açıqladığı hesabatda 2017-ci ilin birinci yarısında kapitalının adekvatlığı əmsalının artdığı əks olunub. Normativlərin icra edilməsi VTB Qrupu və Maliyyə bazarlarına nəzarət palatasının arasında əldə edilmiş razılaşma çərçivəsində törəmə bankına 141,8 mln. manatdan çox əlavə vəsait yatıran VTB-nin Baş ofisinin dəstəyi sayəsində mümkün olmuşdur.

Bank VTB (Azərbaycan) ASC VTB Bank ASC-nin törəmə bankıdır. Bank VTB (Azərbaycan) ASC-nin səhmdarları: VTB Bank ASC və “AtaHolding” ASC-dir. Bank VTB (Azərbaycan) ASC korporativ biznesi, kiçik və fərdi biznesi təmsil edən müştərilərə, eləcədə fiziki şəxslərə xidmət göstərir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti