...

Xalq Bankdan "hədiyyə yağışı" davam edir

Biznes və iqtisadiyyat xəbərləri Materials 12 İyun 2017 16:37 (UTC +04:00)
İyunun 13-də "Xalq Bank kartı ilə ödəniş qazanclıdır!" lotereyasının 6-ci tirajı keçiriləcək.
Xalq Bankdan "hədiyyə yağışı" davam edir

Bakı. Trend:

İyunun 13-də "Xalq Bank kartı ilə ödəniş qazanclıdır!" lotereyasının 6-ci tirajı keçiriləcək.

Bankdan Trend-ə verilən məlumata görə, lotereyanın şərtlərinə əsasən hər həftə oynanılan tirajda həftə ərzində ən çox nağdsız ödəniş edən müştərilər “Cinema Plus” kinoteatrlarına biletlər, hər ay oynanılan tirajda isə lotereya proqramı vasitəsilə təsadüfi seçilmiş müştərilər “Sakit Göl” istirahət mərkəzinə istirahət kuponu və xarici ölkəyə səyahət üçün 500 manat dəyərində hədiyyə kuponu qazanacaq.

Xatırladaq ki, Xalq Bank eyni zamanda Azərbaycanda plastik kartdan istifadə edən hər bir kəsə Bakı-Nyu-York-Bakı aviabileti qazanmaq imkan verən möhtəşəm aksiya keçirir.

Müştərilərin Xalq Bankın filiallarında təcili pul köçürmələri, kommunal və digər ödənişlər, depozit seyfləri, fərdi bank hesabları üzrə əməliyyatlara görə, eləcə də, emitent bankdan asılı olmayaraq, tərəfdaş ticarət məntəqələrində bankın POS-terminalları ilə ödəniş edən bütün kart sahibləri Bakcell mobil nömrələrinə 40 dəqiqəyədək danışıq balansı və aksiya xalları qazanırlar. Ay ərzində toplanan xalların sayına görə on lider müştəri dəyərli hədiyyələrə sahiblənir. Dörd ayın nəticəsinə görə ən çox xal qazanan müştəri isə Bakı-Nyu-York-Bakı aviabileti qazanır.

Xalq Bankın plastik kartları, kampaniya və aksiyaları, eləcə də POS terminal şəbəkəsi haqda daha ətraflı məlumatı www.xalqbank.az internet səhifəsindən və ya 138 Məlumat Mərkəzindən əldə etmək mümkündür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti