...

İcbari tibbi sığorta üzrə ödənişlərin həcmi nə vaxt açıqlanacaq?

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 İyun 2017 13:23 (UTC +04:00)
Mingəçevir və Yevlaxda icbari tibbi sığorta ilə bağlı ödənişin, haqqın müəyyənləşdirilməməsi fəaliyyətin bu iki bölgədə pilot layihə kimi həyata keçirilməsi ilə bağlıdır.
İcbari tibbi sığorta üzrə ödənişlərin həcmi nə vaxt açıqlanacaq?

Bakı. Samir Əli - Trend:

Mingəçevir və Yevlaxda icbari tibbi sığorta ilə bağlı ödənişin, haqqın müəyyənləşdirilməməsi fəaliyyətin bu iki bölgədə pilot layihə kimi həyata keçirilməsi ilə bağlıdır.

Trend-in məlumatına görə, bunu Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini - icra katibi Əli Əhmədov deyib.

Onun sözlərinə görə, icrabi tibbi sığorta bütün Azərbaycanda tətbiq olunmağa başlayanda müvafiq haqlar açıqlanacaq.

Baş nazirin müavini bildirib ki, bu haqlar, ödənişlər elə səviyyədə olmalıdır ki, əvvəlcə icbari tibbi sığortanın maliyyə bazasını təmin etsin:

"Yəni dövlətlə bərabər icbari tibbi sığorta haqları da icbari tibbi sığortanın həyata keçirilməsi üçün maliyyə bazasını yaratmalıdır. İkincisi, həmin ödənişlər, haqlar insanlar üçün yükə çevrilməməli, onlar üçün məqbul səviyyədə olmalıdır. Biz hazırda bunun üzərində çalışırıq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti