...

Azərbaycanda uçot dərəcəsi 12 faizədək azaldıla bilər (YENİLƏNİB)

Biznes və iqtisadiyyat xəbərləri Materials 21 İyun 2017 13:06 (UTC +04:00)
Azərbaycanda uçot dərəcəsi 12 faizədək azaldıla bilər.
Azərbaycanda uçot dərəcəsi 12 faizədək azaldıla bilər (YENİLƏNİB)

Bakı. Ənvər Məmmədov - Trend:

Azərbaycanda uçot dərəcəsi 12 faizədək azaldıla bilər.

Trend-in məlumatına görə, bunu Azərbaycan Banklar Assosiasiyasının rəhbəri Zakir Nuriyev deyib.

Z.Nuriyev qeyd edib: “Əlbəttə, ölkədəki monetar vəziyyət birmənalı deyil. Amma hesab edirəm ki, formalaşmış müsbət tendensiyalar uçot dərəcəsinin azaldılması üçün lazımi şərait yaradır. Bir daha qeyd edim ki, hər şey monetar nəzarət orqanlarının qərarından asılıdır. Dəqiq rəqəmi deməkdə çətinlik çəkirəm, lakin düşünürəm ki, uçot dərəcəsi 12 faizədək azaldıla bilər”.

Qeyd edək ki, hazırda Azərbaycan Mərkəzi Bankının uçot dərəcəsi 15 faizdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti