...

Rusiya aviaşirkəti Azərbaycana uçuşlara başladı

Biznes və iqtisadiyyat xəbərləri Materials 22 İyun 2017 09:52 (UTC +04:00)
Rusiyanın "İrAero" aviaşirkəti Krasnoyarskdan Bakıya ilk beynəlxalq reysi həyata keçirib.
Rusiya aviaşirkəti Azərbaycana uçuşlara başladı

Bakı. Maksim Tsurkov - Trend:

Rusiyanın "İrAero" aviaşirkəti Krasnoyarskdan Bakıya ilk beynəlxalq reysi həyata keçirib.

Bu barədə Trend Yemelyanova beynəlxalq aeroportuna istinadən məlumat verir.

Krasnoyarsk-Bakı marşrutu üzrə ilk reys iyunun 21-də icra olunub. Təyyarədə yerlər tam dolub.

Bundan sonra uçuşlar ilin sonunadək yay cədvəli üzrə həftədə iki dəfə - çərşənbə və bazar günləri yerinə yetiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti