...

Bakı-Batumi avtobus reysi fəaliyyətə başlayacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 23 İyun 2017 09:36 (UTC +04:00)
İyunun 26-dan etibarən Bakı Beynəlxalq Avtovağzal Kompleksindən həftənin 1, 3, 5-ci günləri olmaqla Bakı-Batumi reysi fəaliyyətə başlayacaq.
Bakı-Batumi avtobus reysi fəaliyyətə başlayacaq

Bakı. Trend:

İyunun 26-dan etibarən Bakı Beynəlxalq Avtovağzal Kompleksindən həftənin 1, 3, 5-ci günləri olmaqla Bakı-Batumi reysi fəaliyyətə başlayacaq.

Avtovağzal Kompleksindən Trend-ə verilən məlumata görə, avtobuslar Bakı vaxtı ilə saat 18:00-da yola düşəcək, təyinat məntəqəsinə - Batumi şəhərinə isə növbəti gün saat 09:00-da çatacaq.

Gediş qiyməti 40 manat təşkil edir. 5 yaşına qədər uşaqlara bilet pulsuzdur. 5 yaşından 10 yaşına qədər uşaqlar üçün biletin qiymətinin 50 faizi məbləğində ödəniş edilir.

Gələcəkdə sərnişin sıxlığı çox olduğu təqdirdə, avtobusların hər gün reysə çıxması nəzərdən keçirilə bilər.

Avtobuslar kondisioner və "wi-fi" sistemi ilə təchiz olunub. Sərnişinlərə biletləri əvvəlcədən almaları məsləhət görülür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti