...

GƏNCƏ AVTOMOBİL ZAVODU ARTIQ 216 AVTOMOBİL BURAXIB

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 İyun 2005 03:46 (UTC +04:00)

Gnəcə avtomobil zavodu istehsalın yenidən təşkil olunmasına başlayandan 216 avtomobil istehsal edib. Gəncə Avtomobil zavodunun direktoru Xanlar Fətiyevin Trend ə verdiyi məlumata görə, beləliklə, təkcə cari il ərzində173 avtomobil buraxılıb.

2004-cü ilin son həftələri ərzində (zavodda istehsal dekabrın 24-dən başlanıb) zavod Sosial müdafiə və Əmək Nazirliyinin sifarişi ilə 43 avtomobil istehsal edib.

Zavod "Oka" markalı avtomobillər istehsal edir. Ümumilikdə 2005-ci ildə zavod bu markada 3 minə yaxın avtomobil istehsal etməyi planlaşdırıb. Marketinq araşdırmaları göstərir ki,Azərbaycan bazarında2 minə yaxın "Oka" avtomobilinə tələbat var. Digər avtomobillər ixrac üçün nəzərdə tutulub.

Xəbər lenti

Xəbər lenti