...

AZƏRBAYCAN DÖVLƏT GÖMRÜK KOMİTƏSİNİN TİBBİ XİDMƏT KOMPLEKSİNDƏ TİKİNTİ-MONTAJ İŞLƏRİNƏ BAŞLANILIB

Biznes və iqtisadiyyat xəbərləri Materials 20 İyun 2005 14:21 (UTC +04:00)

Dövlət Gömürk Komitəsinin (DGK) Tibbi Xidmət Komleksinin layihə-smeta sənədlərinin hazırlanması və tikinti-montaj işləri üzrə hazırlıq gedir.

DGK-dən Trend ə verilən məlumata əsasən, komleksə 2006-cı ilin ikinci rübünə başa çatdırılması planlaşdırılan 7 mərtəbəli inzibati bina daxildir.

Bu günlərdə həmin işlərin görülməsi üzrə podratçı şirkətlə saziş imzalanıb. Tikinti Bakı şəhəri Yasamal rayonu ərazisində gerçəkləşdirilir.

"Hazırda həmin tədbirlərin gerçəkləşdirilməsi üçün məbləğin 10%-i artıq şirkət tərəfindən köçürülüb və müvafiq işlərə başlanılıb", -deyə DGK-də bildiriblər.

Əvvəllər elan olunmuş tenderə əsasən, şirkətlər öz təkliflərini DGK-nin Əsaslı Təmir və Maddi-texniki təchizat İdarəsinə təqdim etməli və 10 mln manat həcmində iştirak payı ödəməlidir.

Xəbər lenti

Xəbər lenti