...

AZƏRBAYCAN VƏ İSRAİL KƏND TƏSƏRRÜFATI SAHƏSİNDƏ ƏMƏKDAŞLIQ MƏSƏLƏLƏRİNİN MÜZAKİRƏ EDİBLƏR

Biznes və iqtisadiyyat xəbərləri Materials 20 İyun 2005 16:01 (UTC +04:00)

Azərbaycan və İsrailiki ölkə arasında kənd təsərrüfatı sahəsində əməkdaşlığın inkişafı məsələlərini müzakirə ediblər. Azərbaycan Kənd Təsərrüfatı Nazirliyindən Trend ə verilən məlumata görə,müzakirələr Kənd Təsərrüfatı Nazirliyinin nümayəndə heyətinin İsrailə səfəri çərçivəsindəkeçirilib.

İyunun 17-də başa çatmış səfər çərçivəsində tərəflər kənd təsərrüfatına, iki ölkənin müvafiq strukturları arasında əlaqələrin inkişafına dair birgə proqramların həyata keçirilməsi məsələlərini müzakirə ediblər.

Npazirin səfəri gedişində İsrailin bir sıra kənd təsərrüfatı müəssisələrilə, eləcə də istixana vəəkinçilik müəsisələri ilə tanış olub.

Respublikanın Kənd Təsərrüfatı Nazirliyinin rəhbəri İsmət Abbasov İsrailə öz həmkarı İsrael Kats tərəfindən dəvət olunub.

Xəbər lenti

Xəbər lenti