...

DÖVLƏT QİYMƏTLİ KAĞIZLARI ÜZRƏ GƏLİR DƏRƏCƏSİ İNFLYASİYANIN SƏVİYYƏSİNDƏN AŞAĞI OLMAMALIDIR

Biznes və iqtisadiyyat xəbərləri Materials 21 İyun 2005 18:29 (UTC +04:00)

Dövlət kağızları üzrə gəlir dərəcəsi inflyasiyanın səviyyəsindən aşağı olmamalıdır. Qiymətli kağızlar üzrə Dövlət Komitəsinin sədri Heydər Babayevin Trend əverdiyi məlumata görə, bu cür fikirlər qiymətli kağızlar bazarının ümumi inkişaf strategiyası nda əks olunub.

Qeyd edək ki, Dövlət Qısamüddətli İstiqrazlarının sonuncu hərracı nəticəsindəsiyarişlər 11,5 %-dən 10,47%-ə qədər gəlirlilik diapozonunda paylanılıb. Kəsmə qiymət və orta yuxarı qiymət üzrə gəlir 10,59 % təşkil edib. Bu zaman 2005-ci ilin yanvar-may aylarında Azərbaycandainflyasiya 2004-cü ilin yanvar-ayları ilə müqayisədə 13,6%təşkil edib.

H.Babayevin sözlərinə görə, qiymətli kağızlar üzrə illik dövriyyənin həcmi bütün növlər üzrə 500-600 milyard manat təşkil etməlidir. Qeyd edək ki, 2005-ci il büdcəsinin yenidən nəzərdən keçirilməsi ilə əlaqədar 115 milyard manat həcmində əlavə büdcə kəsiri DQİ-nınhesabına aradan qaldırılması planlaşdırılıb.

Xəbər lenti

Xəbər lenti