...

GƏNCƏDƏ HƏR MƏNZİLDƏ İÇMƏLİ SU OLACAQ

Biznes və iqtisadiyyat xəbərləri Materials 22 İyun 2005 13:09 (UTC +04:00)

Gəncə əhalisinin əsas problemlərindən biri içməli suya olan tələbatın ödənilməməsidir. Trend agentliyinin bölgə müxbirinin verdiyi məlumata əsasən, bu məqsədlə şəhərin su təchizatının yenidən qurulması layihəsi işlənib.

Yeni layihəyə görə, Gəncəyə su kəmərləri Göy Göl-Gəncə, Kürəkçay-Gəncə (həmçinin köhnə kəmərlərin 8 km hissəsinin yenisi ilə əvəzlənməsi) Zurnaabad-Gəncə olmaqla 3 istiqamətdə çəkiləcək. Gəncə "Su-kanal" Törəmə Səhmdar Cəmiyyətindən bildirilib ki, şəhərin hazırki su kəmərləri uzun müddət istismarda olduğundan korroziya uğrayıb, borularda tıxaclar, aşınmalar yaranıb. Həmin xətlərin 53 faizi yenidən dəyişdirilməli, təmir olunmalıdır.

Yeni layihəyə maliyyə dəstəyini Almaniya və İseçrə İnkişaf Bankları göstərəcək. Bu haqda razılıq hələ ötən ilin dekabr ayında əldə olunub. Bütün işlərin görülməsinə 42 milyon Avro (10 milyon avro İsveçrə, qalanı Almaniya hesabına) vəsait xərclənəcək. Onun 5 milyonu şəhərin kanalizasiya sistemlərin bərpasına sərf olunacaq. Adı çəkilən ölkələr kredit şəklində ayırdıqları vəsaiti 25 il müddətinə geri alacaqlar.

Xəbər lenti

Xəbər lenti