...

İYUNUN 22-DƏ BAKIDA AZƏRBAYCAN-FRANSA BİZNES-FORUMU İŞİNƏ BAŞLAYACAQ

Biznes və iqtisadiyyat xəbərləri Materials 22 İyun 2005 13:58 (UTC +04:00)

İyunun 22-də Bakıda Azərbaycan-Fransa biznes forumu öz işinə başlayacaq. Onun işində 30 fransız sahibkarı və xüsusi dəvət olunmuş Gürcüstanın işgüzar dairələrinin nümayəndələri iştirak edəcək.

Azərbaycanın iqtisadi inkişaf naziri Fərhad Əliyevin sözlərinə görə, əməkdaşlıq dövründə Fransa ölkənin neft və qeyri-neft sektoruna 400 milyon dollar sərmayə qoyub. Lakin ölkələr arasında bu əməkdaşlığın yerli iqtisadiyyata qoyulan kapitalın həcminin artmasında , eləcə də mal dövriyyəsinin artmasına müsbət təsir edəcək daha böyük potensialı mövcuddur.

"Azərbaycan özünün gələcək inkişafını Avropa ilə daha sıx inteqrasiyada, eləcə də Yeni qonşuluq proqramı çərçivəsində görür ", - deyə nazir qeyd edib. Uzun müddət Azərbaycan yalnız neft ölkəsi kimi təqdim olunub. "Lakin son illər ölkədə qeyri-neft sektoru, ö cümlədən, rabitə, nəqliyyat, telekommunikasiya sürətlə inkişaf edir ", - deyə F.Əliyev bildirib. Sosial-iqtisadi inkişaf üzrə Dövlət proqramı çərçivəsində rayonlar yeni yollar, elektrik xəttləri, sü iəchizatı kommunikasiyaları ilə təmin olunur ki, bu da bu ərazilərdə cəmləşmiş kənd təsərrüfatı obyektlərinin inkişafı üçün zəruridir. Nazir həmçinin qeyd edib ki, Azəbaycan Fransa ilə turizm, maliyyə, bank sektoru, şərabçılıq və digər sahələrdə əməkdaşlıqda maraqlıdır.

Fransız senator Ambruaz Dyupon qeyd edib ki, 2004-cü ildə Fransadan Azərbaycana ixrac 103 milyon avro, Azerbaycandan Fransaya ixrac isə 118 milyon avro təşkil edib.

Biznes - forum iyunun 24-nə kimi davam edəcək. İyunun 22-də forum çərçivəsindəfransıh mallarının iki günlük sərgisi açılıb, eyni zamanda "Aqrar sektor və ərzaq sənayesi" mövzusunda konfransın keçirilməsi nəzərdə tutulub. İyunun 23-zdə Azərbaycan və Fransa sahibkarlarının ikitərəfli görüşü keçiriləcək. İyunun 24-də Nəqliyyat Nazirliyinin nümayəndələri ilə dəyirmi masa və Lənkərana regional səfərin keçirilməsi planlaşdırılıb.

Xəbər lenti

Xəbər lenti