...

SAHİBKARLIĞA YARDIM MİLLİ FONDUNUN VƏSAİTLƏRİNİN QALIĞI AVQUSTUN 15-DƏK MƏNİMSƏNİLƏCƏK

Biznes və iqtisadiyyat xəbərləri Materials 23 İyun 2005 13:46 (UTC +04:00)

Sahibkarlığa Yardım Milli Fondunun (SYMF) vəsaitlərinin ümumi həcmi təxminən 110 mlrd manat təşkil edir. Fondun rəhbəri Qədir Hüseynovun Trend ə verdiyi məlumata əsasən, cari il ərzində SYMF-nun vəsaitlərindən 90 mlrd manat məbləğində kredit ayrılıb.

"Vəsaitlərin qalığını avqustun 15-dək verməyə hazırlaşırıq. Bundan sonra biz onların istifadəsinin səmərəliyinə dair monitorinq aparılacaq. Monitorinq ilin sonuna qədər aparılacaq", - deyə Q.Hüseynov bildirib.

Onun sözlərinə görə, vəsaitlərin istifadəsinin səmərəliyinə dair monitorinq bu gün də aparılır, lakin avqustun 15-dək o daha intensiv xarakter alacaq.

Xəbər lenti

Xəbər lenti