...

TURAN HAZINADAROGLU GƏNCƏ-QAZAX AVTOMOBİL YOLLARININ BƏRPASI ÜZRƏ İŞLƏRİN BAŞA ÇATMASINDAN SONRA VƏSAİT ALA BİLƏR

Biznes və iqtisadiyyat xəbərləri Materials 23 İyun 2005 16:25 (UTC +04:00)

Gəncə-Qazax avtomobil magistralının tikintisinin podratçısı TuranHazinadarogluNəqliyyat Nazirliyində saxlanılan vəsaiti yollarda bərpa işlərinin başa çatmasından sonra ala bilər. Bu barədə jurnalistlərə iyunun 23-də nəqliyyat nazirinin müavini Musa Pənahov məlumat verib.

Onun sözlərinə görə, hazırda şirkət yollarda bərpa işlərini Nəqliyyat Nazirliyinin təkidi ilə aparır. Bundan əvvəl isə idarə şirkətə 2 milyon dollar məbləğində vəsaitin ödənilməsini dayandırıb. "Biz bu məsələnin məhkəmə vasitəsilə həll olunacağını hesab etmirik. Şirkət yollarda yaranmış çatları aradan qaldırır. TuranHazinadaroglu-nun rəhbərliyigöstərilən problemlərin tamamilə aradan qaldırılacağına söz verib. Bu istiqamətdə yuxarıda göstərilən vasitədən istifadə oldunacaq. Bağlanmış müqaviləyə əsasən şirkət işin keyfiyyətinə görə məsuliyyət daşıyır ", - deyə M.Pənahov qeyd edib.

"Biz şirkətin problemləri tamamilə aradan qaldırması və yolların keyfiyyətini təmin etməsində israr edəcəyik. Əgər belə olmazsa, onda biz bu işə yeni şirkəti cəlb edəcəyik ", - deyə nazir müavini bildirib.

Şirkət yollarınt tikintisində bir sıra texniki səhvlərə yol verib. Belə ki, bütün yol boyu küvetlərin tikilməməsi üzündən örtükdə çatlar əmələ gəlib.

21 kilometr uzunluğu olan magistralın rəsmi açılış mərasimi 2005-ci ilin əvvəlində olub. Bu layihəBeynəlxalq İnkişaf Asossasiyasının 40 milyon dollarlıq krediti hesabına maliyyələşdirilir. Hökumət bu layihəyə 8 milyon dollar ayırıb.

Xəbər lenti

Xəbər lenti