...

AZƏRBAYCAN DB İLƏ KREDİT SAZİŞLƏRİNİN BAĞLANMASI ÜÇÜN HAZIRLIQ GÖRÜR

Biznes və iqtisadiyyat xəbərləri Materials 24 İyun 2005 13:31 (UTC +04:00)

Azərbaycan hökuməti Dünya Bankı ilə Yoxsulluğun azaldılmasına yardım proqramı (PovertyReductionSupportCredit) üçün Beynəlxalq inkişaf assosiasiyası tərəfindən verilən ilk kredit və Energi ötürmə layihəsinə (PowerTransmissionProject) Beynəlxalq Yenidənqurma və İnkişaf Bankının şərtlərinə əsasən ayrılan ilk kredit haqqında kredit sazişləri imzalamaq məqsədilə hazırlıq görür. Trend in verdiyi məlumata əsasən, hazırda sazişlərin imzalanması üçün ölkə prezidentinə rəsmi sorğu göndərilməyib.

Lakin sazişlərin imzalanması üçün heç bir maneə yoxdur, çünki bütün şərtlər yerinə yetirilib. Ehtimallara görə, PRSC-nı imzalama səlahiyyəti maliyyə naziri Əvəz Ələkbərova veriləcək.

Qeyd edək ki, mayın 17-də DB-nın Direktorlar şurası Ölkəyə yardım göstərmə strategiyası (Countryassistantproject - CAS) çərçivəsində bu iki kreditin ayrılmasını təsdiqləyib. PRSCçərçivəsində Azərbaycana $20 mln həcmində 35 ilə 10 illik güzəştlə veriləcək. Layihənin əsas komponentləri iqtisadiyyatın qeyri-neft sektorunun inkişafı, uçot imkalarının artırılması və idarəolunmanın təkmilləşdirilməsi, ünvan xidmətinin təkmilləşdirilməsidir. Layihənin vəsaitlərini aşağıda kimi paylaşdırmaq planlaşdırılır: 5% - təhsilə, 5% - səhiyyəyə və sosial xidmətə, 40% energetika məsələlərinə, 40% - sənaye və ticarətə, 10% - maliyyəyə. Energetika layihəsi çərçivəsində kredit $48 mln həcmində 20 il müddətinə 8 illik güzəştlə verilir. Layihə enerjitəchizatı sisteminin və onun idarəolunmasının təkmilləşdirilməsinə istiqamətləndirilib. Həmin kredit Dünya Bankının Beynəlxalq Yenidənqurma və İnkişafBankı tərəfindən maliyyələşdirilən ilk kreditdir.

Xəbər lenti

Xəbər lenti