...

AZƏRBAYCAN MAZUTUNU "HEYDƏR ƏLİYEV ADINA" NEZ-DƏN FCA ŞƏRTİLƏ TOTAL DAŞIYACAQ

Biznes və iqtisadiyyat xəbərləri Materials 25 İyun 2005 13:23 (UTC +04:00)

Azərbaycan Dövlət neft şirkəti (ARDNŞ) "Heydər Əliyev adına" NEZ-də (keçmiş Azərneftyanacaq) istehsal edilən krekinq partiyasının satışı üzrə tenderi bağlayıb.ARDNŞ-də Trend agentliyinə bildirilib ki, tenderin qalibi Fransanın Total şirkəti olub.

ARDNŞ nümayəndəsinin sözlərinə görə, Total zavoddan ümumilikdə 30 min ton krekinq mazutu daşıyacaq. "Bazpr ertəsindən etibarən şirkət müqavilə üzrə işə başlayacaq və mazutu FCA şərtilə "Heydər Əliyev adına" NEZ-dən alacaq -deyə ARDNŞ-də bildirilib.

30 min ton krekinq mazutu Azerenerji SC-nin mazutun saxlanılması üçün öz ehtiyatlarının tam yüklənmsini bəyan etdikdən sonra satışa çıxarılmağa başlanıb.Bu mazut elektrik enerjisinin yanacaq olaraq hasilatı üçün istifadə olunurdu.

Yanvar may ayları ərzində "Heydər Əliyev adına" NEZ-dən 355,141min tonmüxtəlif neft məhsulları ixrac edilib.

Xəbər lenti

Xəbər lenti