...

BVF PRGF ÇƏRÇİVƏSİNDƏ AZƏRBAYCAN ÜZRƏ SONUNCU İCMALI NƏZƏRDƏN KEÇİRİR

Biznes və iqtisadiyyat xəbərləri Materials 25 İyun 2005 14:42 (UTC +04:00)

Beynəlxalq alyuta fondunun (BVF) icraedici şurası inkişaf və yoxsulluğun azaldılması proqramı (PRGF) çərçivəsində Azərbaycan üzrə beşinci sonuncu icmalı nəzərdən keçirir.Şura təmiz beynəlxalq ehtiyatlar kriteriyaları, daxili ödəmələrin idarə olunması, illik büdcə prosesi çərçivəsində dövlət müəssisələrinin mədaxil və məxaric planlarının qəbul edilməsi üzrə öhdəliklərin yerinə yetirilməsini bəyənib. Azərbaycan hökuməti PRGF-dən beşinci icmalın yekunlarına əsasən (SDR 12,87 mln yaxud $18,8 mln) verilə biləcək sonuncu maliyyələşmə tranşı üçün müraciət etməyib.

Müzakirələr prosesində BVF-nin sərəncamçı direktorunun müavini Aqustin Karstens (Agustin Carstens) 2003-cü ildən Azərbaycan iqtisadiyyatının ikiqat artım tempinit qeyd edib.Eyni zamanda inflyasiyanın da tempinin ikiqat artımı inkişafın ekspansiv inkişafına təsirsiz qalmır.Azərbaycan hökuməti yaxın aylarda inflyasiyanın aşağı salınması üçün vacib qərarlar qəbul edib.Valyuta-pul siyasətində Azərbaycan Milli bankı manatın kursunun dəstəklənməsindən imtina etdi və uçot dərəcələrini qaldırdı ki, bu da ilin sonunadək inflyasiyanın sabitləşdirilməsinə yönəldilib.Hökumət həmçinin iqtisadiyyatın diversifikasiyalaşdırılması üçün sruktur islahatlarının və makroiqtisadi sabitliyin təmin edilməsinin sürətləndirilməsinə hazırdır. 2005-ci ildə ARDNŞ tərəfindən əlavə edilmə üsulu ilə vergilərin ödənməsinə keçid həyata keçirilib.

"Gələcəkdə vergi-maliyyə sektorunda, korporativ idarəetmənin keyfiyyətində və dövlət müəssisələrinin vergi qoulma sistemində, işgüzar mühit və idarəetmənin inkişafında islahatlar vacib olacaq " -deyə A.Karstens bildirib.

İcraedici şura 2001-ci il iyulun 6-da SDR büdcəsi ilə 80,45 mln. (təxminən $117,7 mln.) PRGF qəbul edib ki, bu da 22 dekabr 2004-cü ildə SDR 67,58 mln.-dək azaldılıb.Yekunda Azərbaycan yalnız SDR 54,71 mln. (təxminən $80 mln.) mənimsəyib. PRGF-nin vəsaiti illik 0,5%, 5 il müddətinə 10 ödəniş uzadılma müddəti ilə verilib. Proqram iyulun 4-də başa çatır.

Xəbər lenti

Xəbər lenti