...

MOSKVADA AZƏRBAYCAN VƏ RUSİYA HESABLAMA PALATALARININ BİRGƏ İCLASI KEÇİRİLİR

Biznes və iqtisadiyyat xəbərləri Materials 25 İyun 2005 15:18 (UTC +04:00)

İyunun 29-dan iyulun 2-nə kimi Rusiya Federasiyasında Azərbaycan ili çərçivəsində Azərbaycan və Rusiya Hesablama Palataları (HP) birgə ikinci kollegiya iclası keçirilir. Azərbaycan Hesablama Palatasından Trend ə verilən məlumata görə, bu məqsədlə Namiq Nəsrullayevin başçılıq etdiyi HP-nın nümayəndə heyəti Moskvaya yola düşüb.

Palatada həmçinin qeyd ediblər ki, iclasda auditor strukturlarının korrupsiya və çirkli pulların yuyulması ilə mübarizədə rolu məsələləri də müzakirə olunacaq.

RF-nın Hesablama Palatasının sədri Sergey Stepaşinin mart ayında Bakıya sonuncu səfəri zamanı 2002-ci ildə imzalanmış Əməkdaşlıq haqda ikitərəfli Müqavilənin icrasının vəziyyəti, RF HP-nın Kollegiyasının üzvləri ilə Azərbaycanın HP-nın üzvlərinin ikinci birgə iclasına hazırlıq məsələləri müzakirə edilmişdi.

Xəbər lenti

Xəbər lenti