...

DÜNYA BANKININ MİSSİYASI BAKIYA GƏLİB

Biznes və iqtisadiyyat xəbərləri Materials 27 İyun 2005 14:02 (UTC +04:00)

İyunun 27-də yol layihələri üzrə Dünya Bankının missiyasının Bakıya səfəri başlanıb. Dünya Bankının Bakıdakı nümayəndəliyindən Trend ə verilən məlumata görə, missiyaya bankın eksperti Olivye Lyuber rəhbərlik edir.

"Missiyanın səfərində məqsəd ölkə hökuməti ilə Azərbaycanda yol laiyhələrinin həyata keçirilməsində maliyyə ayırmaqla iştirakını, eləcə də "Magistral avtomobil yolları" layihəsinin hazırlanması və həyata keçirilməsi imkanlarını müzakirə etməkdir.

Bundan əvvəl Dünya Bankı Azərbaycanın yol lahiyələrinin maliyyələşdirilməsi üçün 300 milyüon dollar vəsait ayırmağı planlaşdırsa da, bu yaxınlarda bank ölkə hökumətini bu məbləği Beynəlxalq Yenidənqurma və İnkişaf Bankına vermək şərti ilə yalnız Ələt-Astara yolunun Azərbaycanın İranla sərhəddinə qədər hissəsinin yenidən qurulmasında iştirak etmək niyyətini açıqlayıb. Missiyanın səfəri iyulun 6-dək davam edəcək.

Xəbər lenti

Xəbər lenti