...

AZƏRBAYCANDA XARİCİ BORCLARIVN İDARƏ EDİLMƏSİ LAYİHƏSİ ÇƏRÇİVƏSİNDƏ İCMAL KEÇİRİLƏCƏK

Biznes və iqtisadiyyat xəbərləri Materials 27 İyun 2005 16:14 (UTC +04:00)

Sabah Beynəlxalq Valyuta Fondunun (BVF) pul və maliyyə sistemlərinin idarə edilməsi miissiyası Bakıya gələcək. BVF-nun Bakıdakı nümayəndəliiyndən Trend ə verilən məlumata görə, missiyaya Fondun mütəxəssisi Coddi Skarlato başçılıq edəcək. Missiyanın tərkibinə həmçinin Qulam Azərbaycani və Anrea Sivyero da daxildir.

Missiyanın səfərində məqsəd Azərbaycanın xarici borclarını idarə edilməsi üzrə layihənin (Azərbaycanın 1,5 milyard dolları keçən xarici borcları monitorinqinin tərəfləri BVF, hökumət və kreditorlardır) reallaşdırılması üzrə üçtərəfli icmalın keçirməklə Azərbaycanda dövlət qiymətli kağızlar bazarının inkişafına yardım göstərməkdir.

Səfərin gedişində Maliyyə Nazirliyinin, Azərbaycanın Milli Bankının Azərbaycan Respublikası prezidenti yanında qiymətli kağızlar üzrə Dövlət Komitəsinin nümayəndələri ilə görüşlərin keçirilməsi planlaşdırılıb. Missiyanın səfəri iyulun 1-nə kimi davam edəcək.

Xəbər lenti

Xəbər lenti